TƏBİB məlumat yaydı –

Azərbaycanda koronavirusla bağlı 9 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 5809 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 349 200-ə çatıb.

Hazırda reanimasiyada olan xəstə sayı 136, süni tənəffüs cihazında olan xəstə sayı 20-dir.

Bu günədək ölkədə ümumilikdə 8191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR