Medianın bu qoluna artıq ehtiyac qalmayıb? -

Nizami küçəsində hər gün yanından ötüb keçdiyimiz köhnə qəzet köşkü kimi yüzlərlə məntəqə artıq tarixə qovuşub.

Metbuat.az Baku.Tv-yə istinadən xəbər verir ki, “Qaya” və “Qasid” mətbuat yayımına aid qəzet satışı məntəqələrini artıq 10 ildir ki, müasir kiosklar əvəz edir. Lakin bu köşklərdən gün ərzində ən az satılan şey yəqin ki elə qəzetlərdir.

Köşklərdə çalışan satıcılar deyir ki, gün ərzində satdıqları qəzetlərin sayı 5-10 ədəddir.

Nəbilim baxır da, gündə 10-15 dənə yaşlı nəsil qəzet alır. Amma bir-iki il bundan əvvəl kimi gəlib alan yoxdu. Əvvəllər günə 30-25 satırdıqsa, indi günə maksimum 5-6 dənə satılanda deyirik ki, bugün qəzet satıldı”-deyə satıcı bildirir.

İnsanların əksəriyyəti artıq qəzet oxumaq istəmir. Elektron mediaya üstünlük verir. Növbəti gün qəzetdən oxuyacağı məlumatı elə anındaca elektron mediadan və ya sosial şəbəkələrdən əldə edir. Buna baxmayaraq qəzetlərin də az da olsa oxucu kütləsi hələ ki, qalıb. Xüsusilə yaşlı nəslin bəzi nümayəndələri üçün qəzet oxumaq həyat tərzinə çevrilib. Elə keçirilən sorğu da bunu deməyə əsas verir.

Mətbuatsız insan yaşaya bilər mi ? əlbəttə oxuyuruq. Amma yaxşı məqalələr olmaq şərtilə.” – bir yaşlı şəhər sakini öz fikrini belə ifadə edir.

Media eskperti Rəşad Məcid bildirir ki, elektron medianın gücü və operativliyi dövrümüzün danılmaz reallığıdır. Qəzet çapı davam etsə də, aktuallığını itirib.

“Birçoxları bəzən də mətbuatdan uzaq olanlar qəzetlərə marağın azaldığını söyləyirlər, amma son 10 ildə nə baş verdi? artıq sosial medianın inkişafı, sosial şəbəkələrin inkişafı yeni medianın yaranması, artıq qəzetlərin satışına böyük zərbə oldu. Çünki insanlar, xüsusən də yeni nəsil qəzetləri alıb, pul verib oxumaqdansa, saytlardakı xəbərləri oxumağı üstün sayırlar.” – Rəşad Məcid əlavə edir.

Bəli, etiraf etməliyik ki, qəzet jurnalistikası dövrün tələblərinə uyğun olaraq yerini onlayn mediaya ötürdü. Artıq istənilən hadisəni bir neçə dəqiqə sonra sosial şəbəkələrdə və yaxud xəbər portallarında izləmək, istənilən informasiyanı bir kliklə əldə etmək mümkündür. Cəmi 8 aydır ki, onlayn televiziya olaraq yayım həyatına başlayan Baku.TV də milyonlarla insana xəbərlərin operativ və qərəzsiz şəkildə çatdırılması yolunda əmin addımlarla irəliləyir. Baku.Tv-nin hazırladığı xəbər buraxılışları və məzmunlu reportajları hər gün on minlərə tamaşaşı izləyir, canlı yayımda münasibətini bildirir. Odur ki, dünyada və ölkədə baş verən ən son hadisələrdən dərhal xəbər tutmaq istəyirsizsə, gözünüz bizdə olsun.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR