Bakıda karantin qaydalarını pozan daha iki kafe aşkarlandı

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafelər aşkarlanıb.

Metbuat.az xəbər verir ki, Binəqədi RPİ 6-cı PB və Post Patrul Xidməti və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayırı-ayırlıqda Yuxarı Sulutəpə qəsəbəsində “Faxralı”, Biləcəri qəsəbəsində “Şuşa” kafelərinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, “Şuşa” kefesinin icarədarı 1500 manat, digərləri 100 manat cərimə olunublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR