Əsrin ən yaxşı 10 idmançısının adı məlum oldu

İspaniyanın "Marca" nəşri 21-ci əsrin ən yaxşı 100 idmançısının siyahısını dərc edib.

Metbuat.az bildirir ki, üzgüçülük üzrə 23 qat olimpiya çempionu Maykl Felps ən yaxşı idmançı adına layiq görülüb. İkinci sırada atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt qərarlaşıb.

Üçüncü yerdə 20 Qrand Slam turnirinin qalibi olan Roje Federer yer alıb.

İlk "10-luğ"da Rafael Nadal (tennis), Kobi Brayant (basketbol), Tayqer Vuds (qolf), Lionel Messi (futbol), Lüis Hemilton (Formula 1), Valentino Rossi (motosiklet) və Kriştianu Ronaldu (futbol) da yer alıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR