Pandemiyadan çıxışda tikinti sektorunun rolu -

İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevlə görüşündə xüsusi bir məsələyə toxunmuşdu. Nazir bildirmişdi ki, pandemiyadan çıxışda və iqtisadi stabilliyin qorunub saxlanılmasında tikinti sektoru dayaq rolunu oynayacaq.

Metbuat.az xəbər verir ki, tikintidən sonrakı proses təmir prosesi zamanı vacib olan avadanlıq və akssessuarlara tələbatdır. İnsanların daşınmaz əmlak sahəsində aktivliyi əmtəə dövriyyəsinin artmasına imkan yaradır. Amma pandemiya dövründə zərər görən sahələrdən biri də tikinti sektoru oldu.

Məsələyə münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a müsahibəsində dedi ki, demək olarki tikinti sahəsində istifadə edilən tikinti materiallarının 90 faizi ölkəmizdə istehsal olunur.


''Ölkəmizdə tikinti sektoru qeyri-neft sektorları arasında iqtisadiyyatın ən aparıcı sahələrindən biridir. Çoxmənzilli binaların inşaası zamanı beton zavodlar, kərpic zavodları,tikintidə istifadə olunan əlvan metal materiallarından tutmuş, digər tikinti materialları istehsal edən zavodlar işlək vəziyyətə gətirilir.

Həmin zavod və fabriklərdə çalışan işçi qüvvələrinin işləməsi də tikinti sahəsinin inkişafından asılıdır. Digər tərəfdən tikinti işləri artdıqca yeni işçi qüvvəsinə təlabat da çox ciddi sürətdə artır. Bir bina inşa olunub bitdikdən sonra isə daxili təmirlər başlayır.

Mənzilin daxili təmirində də istifadə olunan bütün materiallar yerli dükanlardan alınaraq istifadə olunur. Təmirlər bitdikdən sonra isə evlərin mebelləri, hamam aksesuarları, televizor, kondisoner, soyuducu və ev ücün vacib olan bütün məişət əşyaları yerli bazardan alınaraq evlərə yerləşdirilir. Bu da onu göstərir ki, tikinti sektoru demək olarki ölkə iqtisadiyyatının çox böyük bir hissəsini özündə birləşdirir.''

Elnur Fərzəliyev bildirdi ki, pandemiya dövründə iflic vəziyyətə düşən tikinti sektoruna da güzəştlər edilməlidir.

''Pandemiya dövründə demək olar ki əksər sahələr kimi tikinti sektoru da iflic vəziyyətinə düşüb. Bu vəziyyətdən qısa bir zamanda çıxmaq üçün mütləq şəkildə tikinti sektorunu işlək vəziyyətə gətirmək lazımdır. Bunun üçün ilk növbədə tikinti şirkətlərinə müəyyən güzəştlər edilməli bə bununla paralel bu sahəyə dövlət tərəfindən nəzarət gücləndirilməlidir. Vətəndaşlarda bu sahəyə marağı artırmaq və xarici investorlar cəlb etmək ücün sənədləşmə prosedurları yenilənməli, bütün mənzillər çıxarışla təmin olunmalı, ev alanlar ücün az faizli uzun müddətli və yumşaq şərtlərlə ipoteka kreditləri ayrılmalıdır.''

Ekspert vurğuladı ki, daşınmaz əmlak sahəsi yeganə sektordur ki, ölkədən pulların cıxmasının qarşısını alaraq ölkəmizə digər ölkələrdən valyuta axınına səbəb olur.

Bu məqsədlə də pandemiya dövründən dahada böyük zərərlərlə çıxmamaq ücün bu sahənin inkişafına diqqət artılılmalı, çıxarışsız mənzillərə əmlak amnistiyası tətbiq olunaraq bütün mənzillər çıxarışla təmin olunmalı, insanlarda bu sahəyə olan inamsızlıq aradan qalxmalıdır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR