Moskvada erməni diplomat döyüldü

Qırğız Respublikasının Moskvadakı vitse-konsulu Tirqan Kondaxçyan döyülüb.

Metbuat.az xəbər verir ki, məlumatı “panorama.am” yayıb.

Bildirilib ki, hadisə Moskvada “Dobrıninskaya” metro stansiyasının yaxınlığında baş verib. Onun qızla birlikdə olan bir gənc kişi ilə mübahisəsi düşüb. Mübahisə dava-dalaşa çevrilib. Naməlum gənc erməni etnik qrupundan olan attaşenin kəlləsinə vuraraq hadisə yerindən qaçıb.

Qeyd edək ki, Tiqran Kondaxçyan 2014-cü ildən Qırğız Respublikasının Xarici İşlər Nazirliyində, 2016-cı ildən isə Qırğız Respublikasının Moskvadakı səfirliyində işləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR