İtaliyada azarkeşlər stadiona buraxılır

İtaliyada iyulun əvvəlindən etibarən azarkeşlərin stadiona girişinə icazə veriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə futbol federasiyasının prezidenti Qabriele Qravina "Deejay" radiosuna müsahibəsində deyib.

Funksioner bildirib ki, ölkə futbolunun bərpası qərarından məmnundur: "İndi çatışmayan yeganə şey azarkeşlərdir. Hesab edirəm ki, onlar iyuldan etibarən tədricən stadionlara qaytarılmalıdır".

Martda koronavirus pandemiyası səbəbindən dayandırılan İtaliya A Seriyası iyunun 20-də "Torino" - "Parma" oyunu ilə bərpa olunacaq.

Qeyd edək ki, turnir cədvəlinə 26 turdan 63 xal toplayan "Yuventus" başçılıq edir. 62 xalı olan "Latsio" 2-cidir. "İnter" isə 54 xalla 3-cü pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR