AZAL Bakı-İstanbul-Bakı reysləri ilə bağlı MƏLUMAT YAYDI

Daha əvvəl məlumat verildiyi kimi, AZAL 17 və 18 iyun tarixlərində Bakı - İstanbul - Bakı istiqamətində xüsusi reyslər yerinə yetirəcək. Uçuş zamanı qeydiyyat masasında COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir.

Bununla bağlı “Azərbaycan Hava Yolları” QCS-dən Metbuat.az-a verilən məlumata görə, AZAL-ın İstanbuldan Bakıya olan reyslərində COVID-19-a dair neqativ nəticə barədə arayışı etibarlı hesab edilən Türkiyə klinikalarının siyahısı genişlənib.

Laboratoriyaların tam siyahısı ilə buradan tanış ola bilərsiniz.

Bakıdan uçuş zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyaların verdiyi arayışlar etibarlı hesab olunur.

Hər iki halda test reysin uçuşundan ən gec 48 saat əvvəl verilməlidir.

Xatırladırıq ki, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında açılacaq.

Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.

İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR