Bəhram Bağırzadənin vəziyyəti necədir? - Mərkəzi Gömrük Hospitalından AÇIQLAMA

“Ötən gün və gecə ərzində əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik baş verməyib”.

Metbuat.az xəbər verir ki, bunu açıqlamasında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, vəziyyəti stabil ağır olaraq qalır:

“Analizlərin, qan qazlarının və başqa həyati mühüm olan göstəricilərdə tibbi dəyişiklik baş verməyib. Müalicəsi ilə bağlı bütün lazımi təyinatlar yerinə yetirilir”.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR