Şəkidə narkotik vasitə becərən şəxs saxlanıldı

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Həmzət Seyidov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı H.Seyidovdan narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman torpağa basdırılmış və kökündən çıxarılaraq kənara qoyulmuş ümumi çəkisi 2 kiloqram 400 qrama yaxın olan 13 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR