Azərbaycanda tanınmış şəxs koronavirusdan vəfat etdi —

Azərbaycanda tanınmış şəxs koronavirusdan vəfat etdi.

Metbuat.az Filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Hüseyn Həşimli koronavirusdan vəfat edib.

H.Həşimli dünən gəcə həyata gözlərini yumub. Dəqiqləşdirə bilmədiyimiz digər məlumata görə, professorun bir yaxını (qardaşı olduğu iddia edilir) da virusun qurbanı olub. Xatırladaq ki, H.Həşimli həm də AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini idi.

Digər məlumata görə, hazırda Naxçıvanda vəziyyət ağırdır. Xüsusilə də Naxçıvan şəhəri, Culfa rayonu və rayona yaxın kəndlərdə koronavirusa yoluxma halı sürətlə yayılır. (bakupost.az)

Naxçıvanda tanınmış professor   koronavirusun qurbanı olub


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR