Yanğın yerindən yeni görüntülər -

Xəbər verildiyi kimi, 4 iyul 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində yanğın baş verməsi barədə məlumat daxil olub.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Nazirliyin digər aidiyyəti rəhbər şəxsləri hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.
















Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR