Uşaqları amansızca öldürənlər yaxalandı

Uşaqları amansızca öldürənlər yaxalandı
05:51 18 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən ay Pakistanda Peşavər məktəbinə edilmiş qanlı basqınla əlaqədar 5 nəfər şübhəli həbs edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Əfqanıstan rəsmiləri xəbər yayıb.

Onlar bildiriblər ki, bu şəxslərin Peşavər şəhərindəki Ordu Orta Məktəbinə basqında iştirak etdikləri düşünülür.

Xəbər verilir ki, hamısı əcnəbi olan bu beş nəfər Əfqanıstanın Pakistanla şərq sərhəd bölgəsində həbs edilib.

Xatırladaq ki, ötən il dekabrın 16-da törədilmiş qətliam üçün məsuliyyəti öz üzərinə həm Əfqanıstan, həm də Pakistanda fəal olan Taliban götürüb.

Həmin terror aktı zamanı əksəriyyəti məktəblilələr olmaqla 148 nəfər öldürülmüşdü.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR