Azərbaycanda məscidlər nə vaxt açılacaq? -

İnsanların qapalı məkanlarda sıx toplaşması nəticəsində virusun yayılması daha çox olur. Bu səbəblə bu il məscidlərin açılması müzakirə olunmur.

Metbuat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, bu il xüsusi ildir:

"Nəzərə alın ki, həcc ziyarəti də təşkil olunmadı. Bütün baş verənləri nəzərə alaraq dini ibadət məkanlarının açılması müzakirə mövzusu deyil".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR