Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 5 mindən aşağı düşdü

Rusiyada son sutka ərzində daha 4 892 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Metbuat.az bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 927 745 nəfərə çatıb. Son sutka ərzində 55 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 15 740 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

Mənbə: RİA Novosti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR