Yaqut Qarayeva: "Biz mərhələli şəkildə yumşalmaya getməyə çalışırıq"

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən verilən məsləhətlər tövsiyə xarakteri daşıyır. ÜST hesab edir ki, ciddi qapanmalara artıq ehtiyac yaranmayacaq”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Biz qapanmalara getməyi istəmirik. Biz ümumi sərtləşmənin də olmasını istəmirik. Biz istəyirik ki, qəbul olunmuş qaydalara uyğun olaraq, mərhələli şəkildə normal həyatımıza qayıdaq. ÜST-ün verdiyi tövsiyələr də buna əsaslanır. Biz mərhələli şəkildə yumşalmaya getməyə çalışırıq”, - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR