Avropada virus şiddətləndi: Rekord sayda insan yoluxdu

Fransada son sutkada 8975 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, bu, epidemiya başlayandan bəri rekord göstəricidir.

Metbuat.az bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mart ayının sonunda sutka ərzində maksimum 7578 yoluxma hadisə olurdu. Hazırda xəstəxanalarda 4671 nəfər koronavirus xəstəsi var, onlardan 473 nəfəri reanimasiyadadır.

Qeyd edək ki, Fransada bu günədək koronavirusdan 30686 nəfər ölüb.

Mənbə: RİA Novosti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR