“Çelsi” futbolçusunu icarəyə verib

"Çelsi" müdafiəçisi İtan Ampadunu icarəyə verib.

Metbuat.az-ın məlumatına görə, Uels millisinin üzvü bundan sonra karyerasını "Şeffild Yunayted"də davam etdirəcək. Premyer Liqa təmsilçisi 19 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlayıb.

Ampadu 2017-ci ildə "Ekseter Siti"dən "Çelsi"yə keçib. O, 2019/2020 mövsümündə Almaniyanın "Leyptsiq" klubunda mübarizə aparıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR