Sabirabadda yeznə qaynını güllələdi

Sabirabadda yeznə qaynını güllələyərək öldürüb.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Ulacalı kəndində baş verib.

Kənd sakini, 1981-ci il təvəllüdlü Nəsirov Zəka ov zamanı qaynı 1986-cı il təvəllüdlü Nəsirov Aqil Atamoğlan oğlunu ehtiyatsızlıqdan ov tüfəngi ilə üz nahiyəsindən güllələyərək öldürüb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR