.

Kirkorovdan Azərbaycana “Eurovision” namizədi ilə bağlı MARAQLI TƏKLİF

.

Rusiyanın Xalq artisti Filipp Kirkorov MDB-də populyar olan azərbaycanlı ifaçı Coni (Cahid Hüseynli) ilə əməkdaşlıq etmək istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə nüfuzlu “Eurovision” nəşri sayılan “Wiwibloggs” məlumat yayıb. Qeyd olunub ki, Kirkorov Coninin Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində yüksək səviyyədə təmsil edə biləcəyini açıqlayıb.

Məşhur müğənni gənc sənətçinin sözügedən layihədə yer alacağına ümid etdiyini, Coninin Azərbaycan üçün əla seçim olacağını vurğulayıb. O, belə olan halda müğənni ilə əməkdaşlığın mümkün olacağını bildirib.

Kirkorov Fərid Məmmədov (“Eurovision - 2013”) və Aysel Məmmədovaya (“Eurovision-2018”) dolayı yolla yardım etsə də, Coniyə birbaşa köməklik göstərəcəyini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR