Türkiyədə şəxsiyyət və sürücülük vəsiqələrinin birləşdirilməsi işlərinə başlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sənədlərin birləşdirilməsi işləri artıq 5 gündür davam etdirilir. Bu müddət ərzində 120 min 695 nəfərin sürücülük vəsiqəsindəki məlumatlar şəxsiyyət vəsiqələrinə keçirilib.