SON DƏQİQƏ! Tramp koronavirusa

Məsləhətçisinin koronavirusu tutmasından sonra test edən ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşının test nəticəsi müsbət olub.

Metbuat.az xəbər verir ki, Ağ Evin verdiyi açıqlamada Tramp və həyat yoldaşının yaxşı olduqları və karantin müddətini evdə keçirəcəkləri bildirilib.

Nəticə çıxana qədər karantinə gedəcəyini ifadə edən Tramp, şəxsi Tviter hesabından həyat yoldaşı ilə birlikdə koronavirus xəstəliyinə tutulduğunu belə açıqladı:

"Birinci xanım və mənim Covid-19 testlərim müsbət oldu. Karantin və müalicə prosesinə dərhal başlayacağıq. Birlikdə bunun öhdəsindən gələcəyik".

Bundan əvvəlki gün Tramp bildirmişdi ki, onun köməkçisi həmişə maska taxırdı, amma koronavirusa yoluxdu.

"Mən sadəcə bir test etdim, Melaniya da test etdi virusa yoluxduğumuzu bilmirəm. Nə baş verəcəyini görəcəyik" demişdi.

Qeyd edək ki, dünyada koronavirus epidemiyası yayılandan bugünə qədər ABŞ prezidenti Donalt Tramp əksər açıqlamalarında virusa qarşı məhsuliyyətsiz ciddi olmayan fikirlər səsləndirmişdi.

Mənbə:Haberler.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR