Paşinyan bir həftədə dördüncü dəfə

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətində Qarabağda hərbi əməliyyatların dayandırılmasına təcili ehtiyac olduğunu vurğulayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin bildirib ki, münaqişə bölgəsindəki silahlı qarşıdurma geniş miqyaslı xarakter alıb və hər iki tərəfdən mülki əhali arasında ciddi itkilərə səbəb olub.

“Vladimir Putin növbəti dəfə hərbi əməliyyatlara son qoyulmasının vacibliyini vurğulayıb”, - deyə mətbuat xidmətinin yaydığı mətndə qeyd olunub.

Qeyd edək ki, bu, Paşinyanın Putinə son bir həftədə dördüncü telefon zəngidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR