Dağıstanın cənubuna raket düşüb

Dağıstanın Aqul rayonuna naməlum bir raket düşərək partlayıb.

Metbuat.azBudni Kavkaza” portalına istinadən xəbər verir ki, raket Çıraq kəndindən təxminən 10 kilometr aralıda düşüb.

Yerli sakinlərin verdiyi məlumata görə, partlayış dalğası evləri silkələyib. Partlayış nəticəsində 15-20 metr diametrində bir krater əmələ gəlib.

Yayımlanan görüntülərdən təxminən iki metr dərinlikdə çuxurun ortaya çıxması məlum olub.

Hal-hazırda baş verənlərlə bağlı rəsmi bir şərh yoxdur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR