Türkiyədə 56 nəfər virusun qurbanı oldu

Türkiyədə son sutka ərzində 56 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Onun sözlərinə görə, Türiyədə pandemiya qurbanlarının sayı 8878-ə çatıb. Virusa yoluxanların sayı son sutkada 1649 nəfər artaraq 334 031-ə yüksəlib.

Türkiyədə indiyədək 293 145 pasiyent (son sutkada 1398 nəfər) sağalaraq evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR