Bakı Nəqliyyat Agentliyi yüklənib -

Metroda sərnişindaşımanın dayandırılması ilə yenidən əsas yük avtobusların üzərinə düşüb.

Bu barədə Metbuat.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, bunu nəzərə alaraq bu gün 163 xətt üzrə adi rejimlə müqayisədə 13-15% artıq olmaqla 2100 ədəd avtobus çıxarılıb:

"Daha 70 ədəd ehtiyyat olaraq cəlb edilib. Zərurət olacağı təqdirdə avtobus sayı daha da artırılacaq. Lakin avtobusların sayının artırılması həll yolu deyil. Bundan əvvəlki karantin zamanı biz bunun sübutunu əyani formada gördük. Xəttə ən maksimal sayda, yəni qarajlarda bütün işlək avtobuslar çıxarıldı. Amma yenə də sıxlıqlar oldu.

Bu cür hallarla rastlaşmamaq üçün vacib məsələ avtobusların maneəsiz hərəkətinə nail olmaqdır. Buna nail olmadan avtobus sayını artırmaqla biz sadəcə yollarda sıxlığı artırmış oluruq. Avtobuslar da digər nəqliyyat vasitələri kimi yolla hərəkət edir. Yoldakı vəziyyət birbaşa avtobusların hərəkətinə təsir edir.

Məsələn Heydər Əliyev, Qara Qarayev və Ziya Bünyadov prospektlərində səhər və axşam pik saatlarında olan sıxlıq təbii olaraq bu yollardan keçən avtobusların gecikməsinə səbəb olur. Bu halda dayanacaqlarda daha çox sərnişininin toplanması və avtobuslarda sıxlıqların yaranması qaçılmaz olur. Ona görə bir daha fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmağı xahiş edirik".

BNA rəsmisi deyib ki, eyni zamanda sürücülər maksimum dərəcədə yol hərəkəti qaydalarına əməl etməlidir:

"Nasaz nəqliyyat vasitələri ilə yola çıxmamalıdır, avtomobili qadağan olunan yerlərdə park etməməlidir. Bu məsələdə ən vacib məqamlardan biri də avtobuslar üçün ayrıca zolaqların təşkilidir ki, BNA bu istiqamətdə ciddi iş aparır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR