Məşhur aktyor xərçəngə tutuldu

Amerikalı məhşur aktyor Ceff Brices xərçəng xəstəliyinə tutulub.

Metbuat.az xəbər verir ki, şəxsi “Twitter” hesabında bu barədə məlumat verən aktyor ona lenfoma diaqnozunun qoyulduğunu yazıb.

70 yaşlı aktyor qeyd edib ki, vəziyyətinin ağır olmasına baxmayaraq həkimlərin proqnozları ümidvericidir. Aktyor bu gündən müalicəyə başlayacaq.

Qeyd edək ki, Ceff Brices ''Qızıl Qlobus'''mükafatlarına layiq görülən “Crazy Heart” (Dəli ürək, 2009) filmi ilə tanınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR