Ermənilərin növbəti saxtakarlığı: Terrorçulara Azərbaycan əsgərinə aid forma geyindirirlər

Ermənistan Dağlıq Qarabağa Suriya və İraqdan gətirdiyi PKK terrorçularına Azərbaycan ordusuna aid hərbi geyim geyindirir.

Metbuat.az xəbər verir ki, kəşfiyyatdan bildirilən məlumata görə, terrorçular Şuşa şəhərində yerləşdirilib. Ermənilərin bu yolla Azərbaycan əsgərlərini çaşdırmaq istədikləri və terrorçular öldüklərində onları guya Azərbaycan tərəfindən Qarabağa gətirilən terrorçular kimi qələmə vermək istədikləri qeyd edilib.

Mənbə: Anadolu Agentliyi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR