Fransanın Pakistan səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

Fransanın İslamabaddakı səfiri Pakistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı Pakistan Xarici İşlər Nazirliyindən məlumat verilib. XİN rəsmisi Fransa səfirinin çağırıldığını təsdiqləyib və bildirib ki, Pakistan hökuməti ifadə azadlığı libası altında sistemli olaraq islamofobiya kampaniyasını qınayır.

Mənbə: REUTERS


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR