Paşinyanın oğlu cinayətkar dəstə yaratdı

Tanınmış erməni vəkil Aleksandr Koçubaev özünün “Facebook” səhifəsində Ermənistanda ciddi rezonans doğuracaq status paylaşıb.

Metbuat.az xəbər verir ki, vəkil baş nazir Paşinyanın oğlunun quldur dəstəsi saxlaması haqqında sensasion faktlar əldə etdiyinə eyham vurub.

“Serjo Xaratyan həbs olundu. Bəlkə zəif idim, bəlkə də mövcud durum daha güclü idi. Ancaq ən vacibi budur ki, bu bizi məhkəmə müharibəsinə aparır. Əvvəllər milli məsələlərlə məşğul idik, amma indi diqqətimizi cinayət işinə yönəldəcəyik. Çox ağır açıqlamalar olacaq. Dövlət qurumlarının dağıdılmasını təhrik edən və birbaşa həyata keçirən Paşinyanın oğlunun rəhbərlik etdiyi dəstəni aşkar etməyə başlayacağıq”, - deyən Aleksandr Koçuba baş nazir Nikol Paşinyanın oğlu Aşotun cinayətkar dəstəsi barədə əlavə açıqlamalar verəcəyini vurğulayıb.

(Azvision.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR