Qarabağda minatəmizləmə əməliyyatı belə aparılır -

Rusiya mühəndis-istehkam bölmələri və hərbi qulluqçuları Dağlıq Qarabağda minaların təmizlənməsi üzərində işləri davam etdirirlər.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib .

"Rusiya sülhməramlıları, mühəndis-istehkam bölmələri və kəşfiyyat qrupu ilə birlikdə yaşayış məntəqələri və sosial infrastruktura yaxın yerlərdə araşdırmalar apararaq ərazini minalardan təmizləyir. Tapılmış sursat və partlayıcı maddələr zibilxanasına aparılır və orada partladılır. Tullantı poliqonuna köçürülə bilməyən döyüş sursatları təhlükəsizlik təmin edildikdən sonra yerindəcə məhv edilir.

"Ərazidə partlayıcı maddələrin aşkarlanması üçün işlər mərhələli şəkildə aparılır''.

Qeyd edək ki, Azərbaycan Rusiya, Ermənistan başçıları - İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul etdilər. Bəyanata görə, Dağlıq Qarabağda tam bir atəşkəs 10 Noyabrda qüvvəyə minib. Erməni tərəfi bir sıra əraziləri qan tökülmədən azad etməyə razı olub.

Mənbə:Sputnik Armenia


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR