“Siyasi böhran ölkə dağılanadək davam edəcək” -

Müharibədə məğlub olan, kapitulyasiya aktına imza atan bir şəxsin baş nazir kimi fəaliyyət göstərməyə hüquqi və mənəvi haqqı yoxdur.

Metbuat.az xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, "Vətən" partiyasının sədri Artur Vanetsyan deyib.

Onun fikrincə, baş nazir Nikol Paşinyan mütləq istefa verməlidir: "Yeni baş nazir təcrübəli və qonşu dövlətlərin rəhbərləri ilə yaxşı əlaqələr qurmağı bacaran şəxs olmalıdır".

Vanetsyan, həmçinin qeyd edib ki, Paşinyan istefa verməsə, Ermənistan siyasi böhrandan çıxa bilməyəcək. Nəticədə siyasi böhran ölkə dağılanadək davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR