Bakı, 27 may, AZƏRTAC
“DəmirBank” 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bankın rəsmi “Facebook” səhifəsində “Uşaqların rəngli dünyası” adlı rəsm müsabiqəsi keçirir. Müsabiqənin şərtlərinə görə 14 yaşınadək uşaqlar çəkdikləri rəsmlərlə müsabiqədə iştirak edə bilərlər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, rəsmlərin qəbulu iyunun 3-dək, ümumi səsvermə isə iyunun 7-dək davam edəcək.
Müsabiqənin qalibləri rəsmlərin bəyənilmə (like) sayına görə müəyyən ediləcək. Qaliblərin adları iyunun 8-də açıqlanacaq.
Müsabiqədə 1-ci yer sahibinə uşaq geyim mağazasına 100 manatlıq, 2-ci yer qalibinə oyuncaq mağazasına 50 manat dəyərində kuponlar, 3-cü yer sahibinə isə “Megafun” əyləncə mərkəzinə 2 saatlıq kart hədiyyə ediləcək.
Bank xəbərləri barədə ətraflı məlumatı http://www.demirbank.az/?/az/ saytından və bankın www.facebook.com/demirbank.az səhifəsindən əldə etmək olar.