Rusiyada respondentlərin 58 faizi Putinə etibar edir

Rusiyada rəyi soruşulanların 58 %-i Prezident Vladimir Putinə etibar etdiyini bildirib.

Metbuat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, “İctimai rəy” Fondunun keçirdiyi sorğu nəticəsində məlum olub.

Araşdırmaya əsasən, respondentlərin 31 %-i Vladimir Putinə etibar etmədiyini, 12 %-i isə məsələyə münasibət bildirməyə çətinlik çəkdiyini deyib. Rəyi soruşulanların 61 %-nin fikincə, Putin vəzifəsinin öhdəsindən gəlir, 24 % əks mövqe tutub, 15 % isə cavab verməkdə çətinlik çəkib.

Sorğu dekabrın 11-dən 13-dək 18 yaşdan yuxarı olan 4 min respondent arasında ev və mobil telefonlar vasitəsilə keçirilib. Sorğuda xəta payının 1,9 % olduğu vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR