Azərbaycan nikbin ölkələr sırasında ilk üçlükdə

Dünya əhalisinin 43 faizi qarşıdan gələn 2021-ci illə bağlı nikbindir, 26 faiz repondent mühüm dəyişikliklər gözləmir, 24 faizi isə bədbinliyə qapılıb.

Metbuat.az xəbər verir ki, bunu “Gallup İnternational” araşdırma assosiasiyası tərəfindən 41 ölkədə keçirilən “Səadət əmsalı” adlı rəy sorğusunun nəticələri göstərir.

Ölkələr arasında nikbinlik səviyyəsinə görə Azərbaycan ilk üçlükdə yer alıb. Ölkədə gələn illə bağlı nikbinlik səviyyəsi 65 faiz təşkil edir. Bu göstəricidə Azərbaycan yalnız Nigeriya (69 faiz) və İndoneziyadan (66 faiz) geri qalıb. Liderlər arasında ABŞ, Finlandiya və Hindistan kimi ölkələr də yer alıb.

Ən bədbin ölkələr isə İtaliya (mənfi 43 faiz), Honkonq (mənfi 34 faiz) və Polşa (mənfi 32 faiz) hesab olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR