Ermənistan ordusunda ŞOK: 18 əsgəri ölümə göndərən polkovnik həbs olundu

Ermənistanda 18 hərbi qulluqçunun ölümünə səbəb olan Dağlıq Qarabağdakı döyüş əməliyyatları zamanı əmr verməkdə şübhəli bilinən hərbi hissələrdən birinin komandir müavini, polkovnik-leytenant A.V. həbs olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, ölən hərbçinin atası H.O. baş prokuror Artur Davtyana məktub ünvanlayıb. Məktubunda oğlunun Qarabağa göndəriləcəyini öyrəndikdən sonra şəxsi heyəti dəstəkləmək üçün avtomobili ilə oraya getdiyini qeyd edib. Oktyabrın 9-da Qubadlının Xanlıq kəndi ərazisində hərbi hissənin komandir müavininin Azərbaycan Ordusunun PUA-larının səsini eşidərkən maşından düşən hərbçilərə geri qayıtmaq və hərəkətə davam etmək əmrini necə verdiyinin şahidi olub. Dəqiqələr sonra avtomobil dron atəşinə tutulub və içindəki əsgərlər ölüb.

Prokuror İstintaq Komitəsinə məktub göndərib. İlkin istintaq zamanı hadisənin hərbçilərin Qarabağın Horadiz bölgəsinin Tili kəndinə aparılarkən baş verdiyi ortaya çıxıb. Xanlıq kəndi ərazisində hərbi hissə komandirinin müavini, polkovnik-leytenant A.V., apparatın səsinə baxmayaraq, hərbi qulluqçuları maşına mindirib hərəkətə davam etmək əmrini verib. PUA-ların hava hücumundan müdafiə qüvvələri üçün problem olduğunu deyib.

“Komandirin əmri yerinə yetirilib və 19 hərbçi maşına minib. Beş dəqiqə sonra dron maşını vurub və yanğın səbəbi ilə 18 hərbçi ölüb, digəri yaralanıb”, - qurumun mətbuat xidməti açıqlayıb.

Əldə olunan dəlillərə əsasən, polkovnik-leytenant A.V.-nin hərbi vəziyyət zamanı səlahiyyətdən sui-istifadə etməsinin ağır nəticələrə səbəb olduğu bildirilir. Elə həmin gün Sünik məhkəməsi həbs haqqında qərar çıxarıb.(Publika)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR