Evini yandıran Şurnux ermənisi:

Şurnux kəndinin Azərbaycan tərəfinə düşən hissəsində yaşayan ermənilər evlərini yandıraraq ərazini tərk edirlər.

Metbuat.az xəbər verir ki, evini yandıran ermənilərdən biri baş verənlərə görə Ermənistanın baş naziri Nikol Paşinyanı günahlandırıb.

Şurnuxun Azərbaycan tərəfinə düşən hissəsində evini yandıran erməni bildirir:

“Nikol, sənə və hökumətinə tüpürüm. Mən sənin şərəfinə tüpürüm Nikol, şərəfsiz heyvan. Türklərin girməməsi üçün 30 illik alın tərimizlə qurduğumuz evimizi yandırırdıq”.

Qeyd edək ki, Şurnux kəndinin Azərbaycana düşən hissəsində bu gün bayrağımız qaldırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR