"Trend" agentliyinin direktor müavini koronavirusdan vəfat etdi -

"Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini, ehtiyatda olan polkovnik, politoloq Elxan Ələsgərov vəfat edib.

Metbuat.az "report"a istinadən xəbər verir ki, o, 66 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib.

Qeyd edək ki, E.Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində anadan olub.

O, Birinci Qarabağ müharibəsində iştirak edib.

E.Ələsgərov “Trend” Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini və “Baku International Policy and Security Network” ekspert qrupunun rəhbəri vəzifələrində çalışırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR