"Bir neçə saat işləyib 10 manat alıb gəlirdim" -

Milli Məclisin deputatı Siyavuş Novruzov müzakirəyə səbəb olan "Təhsil haqqını ödəyə bilməyən tələbə dərsdən sonra işləsin" açıqlaması barədə fikirini bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlama verən S.Novruzov sözügedən açıqlamanın bu şəkildə müzakirəsinin yersiz olduğunu bildirib:

"Əslində, tələbənin işləməsində qəbahət yoxdur, əksinə, insanı zəhmətə alışdırır. Mən özüm tələbə vaxtı səhər saat 5-də durub Qaradağa karyerdə daş atmağa gedirdim.

Bir neçə saat işləyib 10 manat alıb gəlirdim. Həmin pulla tələbə yoldaşlarımla səhər yeməyi yeyirdik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR