.

Polad Bülbüloğlu atasının Şuşadakı evinə getdi - FOTO

.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Şuşada ata evinə baş çəkib.

Metbuat.az xəbər verir ki, P.Bülbüloğlu həyəti gəzib, atası, SSRİ xalq artisti Bülbülün əkdiyi ağacı qucaqlayaraq “Şuşada olduğma inana bilmirəm” deyib.

Daha sonra o, həyətdən torpaq götürərək öpüb. P.Bülbüloğlu Şuşanın azad edilməsinin ömrünün ən gözəl anı adlandırıb.

“Yaşım çoxdur. Bu günü görməyə də bilərdim. Çox şükürlər olsun Allaha”, - deyə o bildirib.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR