.

V-IX siniflər üzrə dərslərin bərpası ilə bağlı - Rəsmi açıqlama

.

"V-IX siniflər üzrə dərslərin bərpası haqqında qərar mövcud vəziyyət nəzərə alınmaqla veriləcək".

Metbuat.az xəbər verir ki, bunu bu gün keçirilən vebinarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. Onun sözlərinə görə, fevralın 1-dən 1-4-cü siniflər və məktəbəqədər qruplar üçün tədris qismən bərpa ediləcək:

"Fevralın 1-dən yenidən hibrid təhsil formasını tətbiq edəcəyik. Tədrisin bərpası ilə Nazirlər Kabinetinin daha əvvəl verdiyi qərar qüvvədədir. Tədris həmin qərar əsasında təşkil olunacaq. Məktəblər, müəllimlər tədrisin təşkilinə hazırdılar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR