Zakir Həsənov Birgə Monitorinq Mərkəzinin önəmindən

Sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks-hücum əməliyyatına başlayıb.

Metbuat.az-ın məlumatına görə, bunu Müdafiə naziri, general - polkovnik Zakir Həsənov deyib.

O bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən müharibə Azərbaycan Respublikasının tam qələbəsi və ərazi bütövlüyünün təmin olunması ilə başa çatıb. Azərbaycan Prezidenti, Rusiya prezidenti və Ermənistanın baş naziri arasında noyabrın 10-da imzalanmış bəyanatla atəşkəs rejiminə nail olunub:

"30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Rusiya və Türkiyə respublikalarının hərbi-siyasi rəhbərliyinin səyi nəticəsində regionda sülhə nail olunub. Türkiyə ilə Rusiya arasında 11 noyabrda imzalanmış atəşkəsə nəzarət üzrə birgə mərkəzin yaradılması ilə bağlı memorandum xüsusi əhəmiyyət kəsb edir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR