Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfərə gedir.

Metbuat.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün “twitter” səhifəsində bildirib.

H.Hacıyev qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri ilə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər üçün yola çıxmışıq”.