Yaponiyanın şərqində quş qripi yayılır -

Yaponiyanın şərqindəki quşçuluq təsərrüfatlarında, təxminən 250.000 quş qrip epidemiyası səbəbiylə məhv ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Kyodo agentliyi xəbər verib. Müvafiq qərar Çiba Prefekturasının səlahiyyətliləri tərəfindən verilib.

Sosa şəhərində tapılan yeni quş qripi epidemiyası, demək olar ki, 1,5 ildə prefekturada səkkizinci dəfə qeydə alınıb.

Bundan əlavə, səlahiyyətlilər quşçuluq fabrikinin ərazisindən 10 km radiusda toyuq və yumurta ixracına qadağa tətbiq ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR