Bakı, 27 may, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Küveytdə keçirilən 42-ci toplantısı çərçivəsində Azərbaycanın, Türkiyənin və Türkmənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Rəşid Meredov arasında üçtərəfli görüş keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün regional əməkdaşlığın inkişaf etdirilməsi baxımdan əhəmiyyəti vurğulanıb.
2015-ci il yanvarın 29-da Aşqabadda keçirilmiş üçtərəfli görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafına dair ətraflı müzakirələrin aparıldığı qeyd olunub.
Görüşdə üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlərə dair fikir mübadiləsi aparılıb.