''Məsələləri qaldırırıq, ancaq reaksiya verən yoxdur'' -

“Neçə vaxtdır ki, karantin rejimiylə bağlı məsələləri qaldırırıq. Ancaq heç kim reaksiya vermir. Sanki bu məsələlər heç kimin vecinə deyil”.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxış edərkən edib.

O qeyd edib ki, hansısa yerlərin bağlı olmasına görə heç kimdən əks reaksiya da ala bilmirsən:

“Söhbət insanların yoxsullaşmasından gedir. Heç olmasa yığışın deyin ki, “istəyirik camaat yoxsullaşsın”. Deyin ki, “istəyirik demoqrafiq vəziyyət dəyişsin, əhalinin sayı azalsın”. Heç bunu çıxıb deyən yoxdur. Neçə gündür ki, bu məsələləri qaldırırıq, ancaq reaksiya verən yoxdur”.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, Operativ Qərargah məsələlərlə bağlı vaxtında reaksiyalar verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR