Azərbaycanda pensiya yaş həddi artırılır -

Bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi yenidən artırılacaq.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

Onun sözlərinə görə, 2017-ci ildən yaş həddinin mərhələli şəkildə artırılması həyata keçirilir. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses tamamlanıb. Qadınların isə pensiya yaşı 62 yaşdır və o, hər il 6 ay artırılır. Bu proses də 65 yaşa çatdıqda proses tamamlanacaq. Bu ilin iyun ayında qadınlar üçün pensiya yaşı yenidən 6 ay artırıacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR