Yaralı 10 qazi Türkiyədə müalicə olunacaq

Sonuncu Qarabağ savaşında yaralanan qazilər Türkiyədə müalicə olunacaq.

Metbuat.az-ın məlumatına görə, şəhid və qazi ailələrinə dəstək üçün yaradılmış "Yaşat Fondu"nun dəstəyi ilə daha 10 qazimiz müalicəsini davam etdirmək üçün, xüsusi təyyarə vasitəsi ilə Türkiyəyə yola salınıb.

Fonddan verilən məlumata görə, ehtiyac yaranarsa, daha çox qazi xarici ölkələrdə müalicəyə göndəriləcək.

Xatırladaq ki, bundan öncə də "Yaşat Fond"u tərəfindən 13 qazi Türkiyəyə müalicəyə göndərilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR