Məşhur teleaparıcını işdən çıxmağa məcbur edən SƏBƏB

Məşhur teleaparıcını işdən çıxmağa məcbur edən SƏBƏB
14:44 18 Yanvar 2015
137 Dünya
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl sosial şəbəkədə İsrailə qarşı ifadələr səsləndirən CNN-in əfsanəvi aparıcısı Cim Klansi istefa verib. Lent.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Parisdəki terror hadisələrinə görə İsraili də tənqid edən məşhur aparıcı 34 il çalışdığı telekanaldan getməli olub.

 

Bildirilir ki, Cim Klansi “Charlie Hebdo”nun ofisinə hücumu şərh edərək Twitter-də yazmışdı: “Hz. Məhəmmədilə bağlı olduğu iddia edilən karikaturalar əsla peyğəmbərə aid deyil. Bu şəkillər bir çoxlarının onun sözlərini mənasından çıxarmağa çalışanlara xitab edir. Belə şeylərə mütləq diqqət edin”.

 

Teleaparıcı yazdıqlarının olaya çevrilməsindən dərhal sonra səhifəsini bağlayıb.

 

Artıq CNN telekanalı da Cim Klansinin işdən çıxmasını təsdiqləyib.

 

Qeyd edək ki, Cim Klansi Ruanda soyqırımını, Körfəz savaşını və Berlin Divarlarının dağıdılmasını CNN-dən canlı şərh edib milyonlara çatdıran şəxs olub. O, daha çox ''The Brief'' adlı xəbərlər proqramı ilə məşhurlaşıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190718

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR