Ağdam rayonunda idarə rəisi minaya düşüb.
Metbuat.az xəbər verir ki, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.
Aparılan araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
